Laçın rayon sakinindən odlu silah götürülüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan 7NEWS.Az-a verilən məlumata görə, Laçın Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı rayon sakini Arif Eyvazovdan müvafiq sənədləri olmayan ov silahı aşkar edilərək götürülüb.
Faktla bağlı Laçın RPŞ-də araşdırma aparılır.
7NEWS.Az







