Laçın rayonunda traktor aşıb, iki nəfər ölüb.
Taxıl sahəsində 1969-cu il təvəllüdlü Müşfiq Əliyevin idarə etdiyi traktor aşıb.
Nəticədə 1990-cı il təvəllüdlü Kazım Abbasov və 1979-cu il təvəllüdlü Yusif Abışov hadisə yerində vəfat ediblər.
Traktoru idarə edən M.Əliyev isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır./oxu
7News.Az








