RU
Laçında qanunsuz saxlanılan odlu silahlar təhvil götürülüb
10:50
26

Laçında qanunsuz saxlanılan odlu silahlar təhvil götürülüb

Laçın Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən odlu silahlar təhvil götürülüb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, polis əməkdaşlarının keçirdikləri profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan odlu silahların könüllü şəkildə təhvil verilməsi təmin edilib.

Qeyd olunan tədbirlər zamanı polis əməkdaşları tərəfindən 3 ədəd müxtəlif kalibrli odlu silah təhvil götürülüb. Bu istiqamətdə tədbirlər mütəmadi olaraq davam etdirilir.
 
 

 
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ