RU
Laçında QƏZA: Yaralılar helikopterlə Bakıya gətiriliblər - FOTO/VİDEO
17:10
267

Laçında QƏZA: Yaralılar helikopterlə Bakıya gətiriliblər - FOTO/VİDEO

Sentyabrın 7-də saat 08:30-da Laçın rayonu Ağanus kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən bildirilib.

Qeyd edilib ki, hadisə nəticəsində "Toyota” markalı avtomobildə olan "SOCAR Petroleum” QSC-yə məxsus podratçı şirkətin üç əməkdaşı - Muxtar Gözəlov, Məhəmməd İbiyev və Anar Qurbanov - müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılara ilkin tibbi yardım göstərildikdən dərhal sonra onların Dövlət Sərhəd Xidmətinin tibbi helikopteri ilə həkimlərin nəzarəti altında Bakı şəhərinə təxliyəsi təmin edilib.
 


 


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ