RU
Laçında yol qəzasında həlak olan hərbçilər Sumqayıtda dəfn olunub - FOTO
17:38
227

Laçında yol qəzasında həlak olan hərbçilər Sumqayıtda dəfn olunub - FOTO

İyunun 28-də Laçın rayonu ərazisində hərbi yük avtomobilinin qəzaya uğraması nəticəsində həlak olan hərbçilər Sumqayıtda dəfn olunub.

7NEWS.Az-ın xəbərinə görə, kiçik çavuş Zeynallı Coşqun Çingiz oğlu və əsgər Rəhimli Orxan Elxan oğlu Sumqayıt Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Qeyd edək ki, iyunun 28-də günorta saatlarında Laçın rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Müdafiə Nazirliyinin məlumatına görə, "KamAZ” markalı hərbi yük avtomobilinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları - kiçik çavuş Zeynallı Coşqun Çingiz oğlu və əsgər Rəhimli Orxan Elxan oğlu həlak olub.

Faktla əlaqədar cinayət işi başlanıb, araşdırma aparılır.


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ