RU
“Lady Sharm”ın məsul şəxsləri həbs edilib- DÜNYA BRENDLƏRİ ADI ALTINDA SEX MALLARI SATILIRMIŞ
15:16
1041

“Lady Sharm”ın məsul şəxsləri həbs edilib- DÜNYA BRENDLƏRİ ADI ALTINDA SEX MALLARI SATILIRMIŞ

"Lady Sharm” mağazalar şəbəkəsinin bir qrup məsul şəxsi hüquq-mühafizə orqanları tərəfindən həbs edilib.
 
7News.Az  AFN-ə istinadən xəbər verir ki, həbsə səbəb mağazalar şəbəkəsi tərəfindən bazara saxta etiketlərlə mal çıxarılmasıdır. Belə ki, mağazalar şəbəkəsinin məsul şəxslərinin təşkilatçılığı ilə sexlərdə tikilmiş mallara dünya brendlərinin etiketləri vurularaq satışa çıxarılırmış:
 
"Adamlar 1 həftəyə yaxındır ki, həbsdədirlər. Şəbəkənin rəhbər şəxsləri isə həmin vaxt xaricdə olublar, məlumata görə, hələ də gəlməyiblər ölkəyə. Hətta gəlməyəcəkləri haqda söhbətlər danışılır”.
 
Araşdırma zamanı o da məlum olub ki, həbsə səbəb nüfuzlu şəxslərin aldadılması olub: "Lady Sharm” mağazalarından alver edən məşhurların arasında olduqca nüfuzlu şəxslər də var və onların aldadılması prosesin bu həddə çatmasına gətirib çıxarıb”.
 
Özünü şirkətin rəhbəri kimi təqdim edən Aybəniz xanım xəbəri təsdiqləsə də, ətraflı məlumat verməkdən imtina edib. O bildirib ki, bu işə kənardan rəhbərlik edir: "Pul mənimdir, amma heç bir sənəddə adım, imzam keçmir. İl yarım əvvəl məndə xərçəng xəstəliyi aşkarlandı, işçilərlə əlaqə saxladım və dedim ki, ölsəm pulum sizə halaldır, ölməyib qalsam gəlib haqq-hesabımızı çəkəcəyəm, işimiz davam edəcək. Onlar da gedib bu cür davam ediblər. Onlara dedim ki, mənim adım olan yerdə gərək belə etməyəydiniz. Türkiyədə bu, pis iş deyil, amma Azərbaycanda maddə veriblər. Bu, ticarətdir, vəzifə deyil. Onsuz da bundan sonra şöbələrin hamısını bağlayacam, bircə şöbə fəaliyyət göstərəcək”.
 
Saytın araşdırması zamanı məlum olub ki, əslində mağazalar şəbəkəsinin əsl sahibi kişidir. Bu barədə məlumat verən mənbənin sözlərinə görə, Aybəniz xanım sadəcə işlərin başında dayanan şəxsdir.
 
 
7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ