RU
“Lahıc misgərlik sənəti” YUNESKO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi münasibəti ilə QHT-lərlə görüş keçirilmişdir
20:52
938

“Lahıc misgərlik sənəti” YUNESKO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi münasibəti ilə QHT-lərlə görüş keçirilmişdir

Cari ilin 21 dekabr tarixində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyində “Lahıc misgərlik sənəti”nin YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilməsinə həsr olunmuş görüş keçirilmişdir.

Görüşün keçirilməsində əsas məqsəd YUNESKO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş “Lahıc misgərlik sənəti” barəsində qeyri-hökümət təşkilatlarını məlumatlandırmaq və bu sahədə yeni layihələrin həyata keçirilməsinə təkan verməkdir.

Görüşdə Azərbaycan Milli Elmlər Akademiyasının mütəxəssisləri, İsmayıllı Turizm İnformasiya Mərkəzinin direktoru Səbuhi Suleymanov, “Lahıc” tarix-mədəniyyət qoruğunun nümayəndəsi, xalq sənətkarlığı və əl işləri sahəsində ixtisaslaşmış qeyri-hökumət təşkilatlarının rəhbərləri və Lahıc misgərlərinin iştirakı ilə geniş müzakirələr aparılmışdir.

Sonda QHT rəhbərlərinə qısa müddətdə səslənən fikirlərin layihə formasında Nazirliyə təqdim olunması təklif olundu.

7news.az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ