Dünyaca məşhur ulduz Lara Fabianın İstanbuldakı konsertində 9 yaşlı azərbaycanlı ifaçı Fidan Hüseynova da iştirak edib.
7news.az axşam.az-a istinadən məlumatına görə, Fidan səhnəyə çıxaraq ifaçı ilə birlikdə “Je t aime” adlı mahnını səsləndirib. Konsertdən sonra Fabian azərbaycanlı qızı səhnə arxasına dəvət edərək, onunla şəkil çəkdirib.
Qeyd edək ki, Lara Fabianın 2014-cü ildə Bakıda keçirilən konsertində də Fidan yer almışdı. Onlar birlikdə “Je suis malade” mahnısını oxumuşdu.
7news.az








