Bir müddət öncə evini fırıldaqçılara güvənərək satdığını sanan Rusiyanın Xalq artisti Larisa Dolina dələduzluqla qarşılaşmışdı.
7News.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, Xalq artisti uzun sürən mübarizədən sonra paytaxtın mərkəzindəki 5 otaqlı mənzilini geri ala bilib.
Bununla bağlı məhkəmə qərar qəbul edib.
Xatırladaq ki, hadisə 2024-cü ilin avqustunda baş vermişdi. Dolina fırıldaqçıların qurbanı olduğunu bildirərək məhkəməyə müraciət etmişdi.
7News.Az








