ABŞ-ın Las-Veqas şəhərində payızda açılışı gözlənilən futuristik musiqi və əyləncə kompleksi olan MSG Sphere xarici görünüşündə nəhəng LED ekranda əks olunan animasiyalara görə yüksək qiymətləndirilir.
7NEWS.az xəbər verir ki, dünyanın ən böyük sferik quruluşu ilə tanınan, eksteryerində dünyanın ən böyük LED ekranına sahib olan Sphere, bu yaxınlarda ilk dəfə olaraq "Salam Dünya" mesajı ilə rəsmi olaraq işıqlandırıldı. Bundan əlavə, bina dünya xəritəsi, basketbol topu, Halloween bayramının simvollarından olan balqabaq kimi bir çox fərqli fiqurlarla işıqlandırıldı.
7NEWS.az








