RU
Latviyadan məcburi hərbi xidmət haqqında  qərar verilib
14:33
41

Latviyadan məcburi hərbi xidmət haqqında qərar verilib


7NEWS.az xəbər verir ki, Latviya parlamenti hərbi xidmətə çağırışla bağlı Dövlət Müdafiə Xidmətinin (VAD) yaradılması haqqında qanunu qəbul edib. Sözügedən qanuna əsasən, ölkədə 18-24 yaş arasında olan bütün kişilər Latviya ordusunda və ya Milli Qvardiya kimi oxşar birləşmələrdə xidmət etməli olacaqlar. 2007-ci ildə parlamentdə 68 deputatın "hə” səsi ilə qəbul edilən qanunla ləğv edilən icbari hərbi xidmət də geri dönüb. İlk çağırışların gələn iyul ayında ediləcəyi qərara alınsa da, könüllülərə üstünlük veriləcəyi bildirilib. Bildirilib ki, 2024-cü ilin yanvar ayından etibarən 18-24 yaş qrupunda olan bütün kişilər çağırılacaq.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ