RU
Lavrov ABŞ-Rusiya münasibətlərinin Qarabağ məsələsinə təsirindən danışdı
16:10
521

Lavrov ABŞ-Rusiya münasibətlərinin Qarabağ məsələsinə təsirindən danışdı

"ABŞ-la Rusiya arasında münasibətlərin bəzi sahələrdə dalana dirənməsinə baxmayaraq, bu münasibətlər Dağlıq Qarabağ münaqişəsinin həlli sahəsində əməkdaşlığa təsir etmir”.

7news.Az-ın APA-ya istinadən məlumatına görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov ADA Universitetində tələbələr və müəllim heyəti ilə görüşü zamanı deyib.

O qeyd edib ki, Rusiya ABŞ və Fransa ilə ümumi mövqeyə malikdir: "Həmsədrlər, səfirlər nazirlərlə görüşürlər, mütəmadi regiona səfər edirlər. Mən ümid edirəm ki, prezidentlər arasında keçən ay keçirilən görüş münaqişənin həlli istiqamətində irəli addım atmağa kömək edəcək”.

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ