RU
Lavrov ATƏT sədri ilə Qarabağı müzakirə edəcək
22:10
1305

Lavrov ATƏT sədri ilə Qarabağı müzakirə edəcək

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT-in fəaliyyətdə olan sədri, Polşanın xarici işlər naziri Zbiqnev Rau ilə görüşəcək.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, görüş fevralın 15-də keçiriləcək.

"Görüşdə ATƏT məkanındakı münaqişələr, Ukraynanın cənub-şərqindəki böhran, Dnestryanı münaqişənin nizamlanması müzakirə olunacaq”, - Rusiya XİN rəsmisi vurğulayıb.

Zaxarova Lavrovun ATƏT-in fəaliyyətdə olan sədri ilə Qarabağdakı vəziyyəti də müzakirə edəcəyini söyləyib.
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ