RU
Lavrov: “Bu mövzuda Türkiyə ilə razılaşdıq”
15:31
456

Lavrov: “Bu mövzuda Türkiyə ilə razılaşdıq”

"Suriya üzrə Türkiyə ilə dialoq "ABŞ-la əyləncə məclisləri”ndən daha üstün idi”.

Bunu Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov deyib.

Onun sözlərinə görə, Suriya üzrə Rusiya-Türkiyə danışıqları ABŞ-la aparılan danışıqlardan daha effektiv ola bilər.

Sergey Lavrov həmçinin Hələbdəki vəziyyəti şərh edib. O, qeyd edib ki, şəhərdəki müxalifət qüvvələri müqaviməti yaxın 2-3 gün ərzində dayandıracaqlar. Rusiya xarici siyasət idarəsinin başçısı Moskva və Ankaranın Hələbə humanitar yardım mövzusunda da anlaşdıqlarını bildirib.

Qeyd edək ki, dünən Hələbdə Türkiyə və Rusiyanın vasitəçiliyi ilə atəşkəs əldə edilib. Bu gün isə rejim qüvvələri və İranın nəzarətindəki şiə qruplarin Hələbdəki atəşkəsi pozaraq hücuma keçdiyi barədə məlumat yayılıb.

 
7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ