RU
Lavrov Bundestaqın “erməni soyqırımı”nı tanımasının səbəblərini izah etdi
18:00
1173

Lavrov Bundestaqın “erməni soyqırımı”nı tanımasının səbəblərini izah etdi

Rusiya XİN başçısı açıqlama verib.

Almaniya parlamenti qondarma “erməni soyqırımı”nı Türkiyənin bir sıra məsələlərdə tərəfdaşlıq etmək istəməməsi səbəbindən tanıyıb.

7news.Az İnterfax-a istinadən xəbər verir ki, bu sözləri Rusiyanın XİN rəhbəri Sergey Lavrov deyib.

“Güman edirəm ki, bütün bunlar Türkiyənin bir sıra məsələlərdə tərəfdaşlıq etmək istəməməsi, dövri olaraq qalmaqal yaratması və tərəfdaşlarını, o cümlədən Avropadakı tərəfdaşlarını təhqir etməsindən irəli gəlir”, - o deyib.

Lavrov qeyd edib ki, rəsmi Moskva Bundestaqın qərarına deputatların öz iradələrini azad ifadə etməsi kimi baxır.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ