Rusiya Xarici işlər naziri Sergey Lavrovla iranlı həmkarı Cavad Zərif arasında telefon danışığı olub.
Rusiya XİN-nin rəsmi saytında yerləşdirilən məlumatda bildirilir ki, tərəflər Suriyadakı vəziyyəti və bir neçə məsələni müzakirə ediblər.
"Suriyadakı vəziyyət, eləcə də İŞİD, "Nusra” terrorçularına qarşı mübarizə, bu ölkəyə humanitar yardımın çatdırılması probleminin müzakirəsi davam etdirilib”, - nazirliyin xəbərində qeyd olunub./qafqazinfo
7news.Az








