RU
Lavrov iranlı həmkarı ilə telefonla danışdı
21:45
417

Lavrov iranlı həmkarı ilə telefonla danışdı

Rusiya Xarici işlər naziri Sergey Lavrov və iranlı həmkarı Mohammed Cavad Zarif arasında telefon danışığı olub.

7news.Az "RİA Novosti”yə istinadən xəbər verir ki, nazirlər Suriya böhranını müzakirə ediblər.

"Söhbət zamanı beynəlxalq tədbirlər çərçivəsində Suriya böhranının çözülməsi üçün atılacaq addımlar müzakirə olunub” ,-deyə bildirilib.

Qeyd olunur ki, tərəflər "Münaqişənin həlli zamanı ölkədəki bütün etnik-dini və siyasi qrupların qarşılıqlı razılığı əsasında dinc yolla baş tutmasının" nəzərə alınmasını bir daha təsdiqləyiblər.
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ