Rusiyanın xarici işlər naziri Sergey Lavrov noyabrın 9-da Ermənistana səfər edəcək və beynəlxalq, eləcə də ikitərəfli məsələləri müzakirə edəcək.
Bu barədə Rusiya Federasiyası XİN-də bəyan ediblər.
“Daha öncə əldə edilmiş razılığa əsasən, Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Ermənistan respublikasına noyabrın 9-da işgüzar səfər edəcək.
Lavrov və Ermənistan respublikasının xarici işlər naziri Edvard Nalbandyan arasında danışıqlar olacaq. Danışıqların gedişatında qarşılıqlı maraq kəsb edən ikitərəfli, regional və beynəlxalq məsələlər müzakirə ediləcək”-, diplomatik idarənin məlumatında deyilir./oxu
7news.az








