RU
Lavrov:
14:23
278

Lavrov: "Obama dövründə Rusiya-ABŞ münasibətlərinə dəyən zərəri aradan qaldırmaq üçün ciddi iş tələb olunur"

"Moskva ABŞ-ın yeni prezidenti Donald Trampın Rusiya ilə ABŞ arasında normal əlaqələrin yaradılmasının lehinə olan mövqeyini bölüşür".

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Dövlət Dumasında keçirilən "Hökumət saatı"nda çıxışında bildirib. O deyib ki, Barak Obama dövründə Rusiya-ABŞ münasibətlərinə dəyən ziyanı aradan qaldırmaq üçün vaxt və ciddi iş tələb olunur: "Biz, prezident Putin qeyd etdiyi kimi, xalqlarımızın və qlobal təhlükəsizlik və sabitlik maraqları baxımından münasibətlərin sağlamlaşdırılmasına hazırıq".
 
S. Lavrov ABŞ və Avropa Birliyi ilə dialoqun bərabərhüquqlu, qarşılıqlı hörmət və maraqların nəzərə alınması prinsipləri çərçivəsində qurulmasının mümkün olduğunu vurğulayıb. //apa

 7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ