Rusiyanın xarici işlər naziri Sergey LavrovRusiya prezidenti Vladimir Putinlə Türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğan arasında keçiriləcək görüş barədə danışıb.
7News.Az Gazeta.ru-ya istinadən xəbər verir ki, Lavrov 2018-ci ilin yekunlarına dair mətbuat konfransında planlaşdırılan görüşün təfsilatlarına toxunub.
Rusiyalı ali diplomatın sözlərinə görə, dövlət başçıları, əsasən, Suriyanın şimalında 20 millik bufer zonasının yaradılması məsələsini müzakirə edəcək.
"Bu və digər məsələlər, əlbəttə ki, prezident Ərdoğanın prezident Putinlə danışıqların növbəti mərhələsində iştirakı üçün gəlişindən sonra müzakirə olunacaq”, - deyə Lavrov bildirib.
Danışıqlar yanvarın 23-ə planlaşdırılır.
7News.Az








