RU
Lavrov: Rusiya hava qüvvələrinin Suriyada hədəfi İŞİD-in yanacaq və silah anbarlarıdır
22:25
394

Lavrov: Rusiya hava qüvvələrinin Suriyada hədəfi İŞİD-in yanacaq və silah anbarlarıdır

Rusiya hava qüvvələrinin Suriyada hədəfi İŞİD-in yanacaq və silah anbarlarıdır.

7news.az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Rusiya XİN rəhbəri Sergey Lavrov BMT-də keçirilən mətbuat konfransında jurnalistin İŞİD-dən başqa digər müxalifət qüvvələrinin də Rusiyanın Suriyada hədəfi olub-olmaması ilə bağlı sualına cavabında bildirib.

Qeyd edək ki, Rusiyanın Suriyada ilk hava zərbələrindən sonra bir çox qərb KİV-ləri məhz bu versiyanı irəli sürüb.

“Siz deyirsiniz ki bu faktdır. Bəlkə siz mənə məlum olmayan məlumata maliksiniz?” - deyə Lavrov jurnalistə cavabında qeyd edib.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ