RU
Lavrov: “Səfirin qətlində günahı olanların hamısı cəzalandırılacaq”
13:41
381

Lavrov: “Səfirin qətlində günahı olanların hamısı cəzalandırılacaq”

"Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun qətlinin bütün detalları müəyyən edilməlidir”.

7News.az "RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşdə bildirib.

"Terror aktının bütün detallarını və iştirakçılarını mümkün qədər tez müəyyən etmək lazımdır”, - deyə rusiyalı nazir vurğulayıb.

Türkiyənin Xarici İşlər Nazirliyinin başçısı öz növbəsində qeyd edib ki, səfirin qətlində günahı olanların hamısı müəyyən edilərək cəzalandırılacaq. Onun sözlərinə görə, Rusiya və Türkiyənin mütəxəssisləri qətli araşdırmaq üçün birgə işləyəcəklər: "Biz bacardığımız hər şeyi edəcəyik ki, cinayət tam açılsın və onun arxasında duranlar tapılaraq ifşa edilsin”.

Qeyd edək ki, Rusiya səfirinə silahlı hücum dünən olub. Karlov fotosərginin açılışında yaralanıb və xəstəxanada həyatını itirib. Rusiyanın Xarici İşlər Nazirliyi hadisəni terror aktı adlandırıb.

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ