Şimali Koreyanın Rusiyaya hərbi ləvazimat verməsi iddiaları təzə qalsa da, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun oktyabrın 18-19-da Şimali Koreyaya rəsmi səfər edəcəyi açıqlanıb. Şimali Koreya Xarici İşlər Nazirliyinin dəvəti ilə baş tutacaq səfərlə bağlı ətraflı məlumat paylaşılmayıb. Rusiya prezidenti Vladimir Putinin Şimali Koreyaya səfəri və ikitərəfli əlaqələrin inkişafı ilə bağlı təmaslar edəcəyi gözlənilən Lavrovun Şimali Koreyalı həmkarı Ço Son-hui ilə də görüşə biləcəyi bildirilir.
7NEWS.az








