Rusiya münaqişənin həllində müsbət nəticənin əldə olunmasında fəal rol oynayır.
Rusiyanın XİN nazirir Serqey Lavrov Dağlıq Qarabağ münaqişəsinin tərəflərin nizamlanmanın qarşılıqlı faydalı konsensus əsaslarının hazırlanması üzrə səyləri davam etdirməsinin vacib olduğuna əminliyini ifadə edib.
7news.az News.am-a istinadən xəbər verir ki, bu barədə Lavrov İrəvana səfəri çərçivəsində keçirilən mətbuat konfransında bildirib.
Rusiya ATƏT-in Minsk qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə müsbət nəticənin əldə olunmasında fəal rol oynamağı davam etdirəcək.
7news.az








