RU
Lavrov Türkiyə XİN başçısı ilə müzakirə etdiyi məsələləri açıqlayıb
18:05
182

Lavrov Türkiyə XİN başçısı ilə müzakirə etdiyi məsələləri açıqlayıb

"Görüşdə aramızdakı münasibətləri, siyasi dialoqu, ilk növbədə Prezident Putin və Ərdoğan arasındakı münasibətləri yüksək qiymətləndirdik. İki ölkə liderlərinin başçılıq etdiyi Yüksək Səviyyəli Təhlükəsizlik Şurasının 9-cu iclasına hazırlığı müzakirə etdik”.

7NEWS.Az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə danışıqlardan sonra mətbuata açıqlamasında bildirib.

"Energetika sahəsində strateji layihələrin gerçəkləşməsini müzakirə etdik. Rəsmi Ankaranın Ukrayna məsələsində praqmatik mövqedə olduğunu və sanksiyalara qoşulmadığını vurğuladıq. Biz qeyd etdik ki, diplomatlar və hərbçilərimizin səyləri Suriya, Liviya, Dağlıq Qarabağ kimi bölgələrdə daimi atəşkəsə töhfə verir”, - S.Lavrov bildirib.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ