RU
Lavrov və Çavuşoğlu Suriyada imzalanan atəşkəs ilə bağlı danışıblar
23:25
344

Lavrov və Çavuşoğlu Suriyada imzalanan atəşkəs ilə bağlı danışıblar

Rusiya xarici işlər naziri Sergey Lavrov ilə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu telefonla danışıb.
 
7news.Az xəbər verir ki, nazirlərin danışığı barədə məlumat verən Rusiya Xarici İşlər Nazirliyinin əməkdaşı Mariya Zaxarovanın sözlərinə görə, danışıqlar Suriyada imzalanan atəşkəs ilə bağlı olub.
 
"Tərəflər Suriyada dekabrın 30-da hökumət və müxalifət qüvvələri arasında əldə olunan atəşkəs razılaşmasını və danışıqlara hazırlığı müzakirə ediblər. Nazirlər sənədin müddəalarının həyata keçirilməsi ilə bağlı kompleks məsələlərin müzakirəsini davam etdiriblər. Bütün müxalifət qruplarının atəşkəs rejiminə əməl etməsinin vacibliyi və Astana görüşü ərəfəsində konstruktiv yanaşma nümayiş etdirilməsinin vacibliyi vurğulanıb”, - deyə Mariya Zaxarova bildirib.
 
Qeyd edək ki, ötən gün Suriya ordusu və silahlı müxalifət qüvvələri arasında atəşkəs rejiminin dekabrın 30-u saat 00.00-dan etibarən bütün ölkə ərazisində tətbiqinə dair razılıq əldə olunub.
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ