Rusiyanın xarici işlər naziri Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə danışıqlarda iştirak etmək üçün Avstriyanın paytaxtı Vyanaya gəlib.
7news.Az RİA Novosti-yə istinadən xəbər verir ki, Lavrov Vyanda Qarabağ danışıqları ilə yanaşı Suriyaya Dəstək Beynəlxalq Qrupunun iclasına da qatılacaq.
Rusiyalı nazır Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə ATƏT-in Minsk Qrupunun həmsədri kimi ABŞ dövlət katibi və Fransa XİN başçısı ilə birgə danışıqlarda iştirak edəcək.
7news.Az








