Bu gün Rusiya xarici işlər naziri Sergey Lavrov Bakıya səfər edəcək.
7News.Az xəbər verir ki, səfər iki gün davam edəcək.
"Bakıda ikitərəfli görüşlər zamanı aktual məsələlərin müzakirəsi, Vyana və Sankt-Peterburq sammitlərində Dağlıq Qarabağ probleminin nizamlanması üzrə əldə olunan razılaşmaya dair fikir mübadiləsinin aparılması nəzərdə tutulur", - deyə Rusiya XİN-in yaydığı bəyanatda bildirilib.
Bəyanatda, həmçinin Azərbaycanın Rusiyanın Cənubi Qafqaz və Xəzər dənizi regionunda bizim vacib strateji tərəfdaşı olduğu vurğulanır.








