Rusiyanın pop ulduzu Serqey Lazarev səsyazma studiyasında göz yaşlarını saxlaya bilməyib.
7News.Az qafqazinfo-ya istinadən xəbər verir ki, müğənni ağlayarkən lentə alınan görüntülərini İnstaqram səhifəsində paylaşıb.
O, sözügedən görüntülərinə belə şərh yazıb: "Səsyazma studiyasında yeni mahnımı ifa edərkən problemlə qarşılaşdım. Oxuyuram və ağlamağa başlayıram. Deyirəm ki, saxlayın! Amma səs rejissorunun da ağladığını eşidirəm. Qısası, albomun ilk iki hissəsi kədərli olacaq".
7News.Az








