Məşhur müğənni, ekstravaqantlığı ilə ad çıxarmış Ledi Qaqa "Critics 'Choice Awards" mükafat mərasiminin əsl ulduzuna çevrilib.
7News.Az Daily Mail-ə istinadən bildirir ki, 32 yaşlı müğənni mərasim əsnasında aktrisa və ssenariçi Reyçel Blumun anası ilə qarşılaşıb.
Ledi Qaqa "Baxın, mənim ən böyük pərəstişkarımdır" deyərək qadını qucaqlayıb, bağrına basıb.
Reyçel Blupm olayın görüntülərini sosial şəbəkələrdəki profillərində paylaşıb.
Santa-Monika şəhərində keçirilmiş mərasimdə "Ən yaxşı aktrisa" nominasiyasında Ledi Qaqa ilə yanaşı, 71 yaşlı aktrisa Qlen Klouz da qalib gəlib.
Ledi Qaqa ahıl aktrisanı qucaqlayaraq öpəndə Qlen Klouz ağlayıb.
Müğənni səhnədə olarkən ona sevimli atı Arabellanın öldüyünü deyiblər. Kövrələn Ledi Qaqa ağlayıb.
7News.Az












