Deputat Rüfət Quliyevin sələmçilik fəaliyyəti geniş müzakirə mövzusuna çevrildiyi bir vaxtda ortaya maraqlı bir sənədin surəti çıxıb. "Öhdəlik müqaviləsi” adlanan sənəddə Rüfət Quliyevin Bakı şəhər sakini Namiq Səfərova 17 min 400 dollar verməsi, bunun müqabilində faiz olaraq 10 faiz pul alacağı qeyd olunur.
Ötən saylarımızda "Deputat Rüfət Quliyev sələmə pul verirmiş” sərlövhəli yazıda məsələnin mahiyyəti haqda geniş məlumat verdiyimizdən qısaca qeyd edirik ki, Rüfət Quliyev Səbayel Məhkəməsinə iddia təqdim edərək 2011-ci ildən başlayaraq Namiq Səfərova sələmə pul veridiyini, məbləğin faizlərlə birgə 328 min dollar olduğunu qeyd edib. N.Səfərov 2015-ci ilin fevralında dünyasını dəyişib. Deputat iddiasında 328 min dolların mərhumun əmlaklarına yönəldilməsini tələb edir. Deputatın sələmə pul verdiyi mərhum Namiq Səfərovun həyat yoldaşı Nuranə Səfərova müxtəlif instansiyalara məktub yazaraq deputatın onun mərhum həyat yoldaşı ilə 40 ilə yaxın dostluq etdiyini, həyat yoldaşının ölümündən sonra isə Rüfət Quliyevin onların əmlaklarını ələ keçirmək üçün hərəkətə keçdiyini qeyd edib. Mərhum iş adamının həyat yoldaşı müraciətində deputat Rüfət Quliyevin əmlaklarını ələ keçirmək üçün şəxsən ona etdiyi təzyiq nəticəsində son əlac kimi özünə qəsd etmə həddinə çatdığını da bildirib.
N.Səfərovanın vəkili Ceyhun Yusifov bildirib ki, deputatın tələbi əsassızdır: "Qeyd olunan öhdəlik müqavilələrini deputat Rüfət Quliyev məhkəməyə də təqdim edib. Həmin müqavilələr saxtadır, Namiq Səfərov dünyasını dəyişəndən sonra tərtib edilib. Müqavilələrdə tarix yoxdur. Sanki uşaq bağçasından kiminsə ələ keçirib üzərinə ”öhdəlik müqaviləsi" yazdığı cızma-qaradır. İnanmıram ki, məhkəmə bu saxta kağız parçalarını sübut kimi qəbul edib qanunsuzluq edə".
Vəkil deyir ki, deputat vətəndaşın əmlakını yağmalamağa, ələ keçirməyə cəhd edir: "Hesab edirəm ki, Rüfət Quliyevin etdikləri Milli Məclis üzvünə yaraşmayan, milli mentalitetimizə sığmayan məsələdir. Deputat bir kağız parçasını əlinə alıb və dünyasını dəyişmiş şəxsin ailəsindən 300 min manatdan artıq pul tələb edir. Özü də yazır ki, 17 min verib, əvəzində 300 min dollar faiz istəyir. Qarşı tərəfin təqdim etdiyi sübutlar şər-böhtan xarakterlidir. Deputatın vəkili deyir ki, guya faizə verdikləri pul Rüfət Quliyevin deyil, onun oğlunun olub. Digər tərəfdən də Rüfət Quliyevin imzası olan sələmə pul vermə müqaviləsini məhkəməyə təqdim edirlər. İddiaları tam olaraq əsassız iddiadır. ”Öhdəlik müqaviləsi" adlanan həmin sənədə lupa ilə baxsınlar, görsünlər orada deputatın oğlunun adı bir yerdə keçir? Digər tərəfdən də deputatlıq faizə pul vermək üçün lisenziya almaqdan azad edirmi? Məgər Rüfət Quliyevin sələmçilik üçün lisenziyası var? Deputat bu fəaliyyətinə görə vergi ödəyib? Rüfət Quliyev mərhum dostunun əmlakını ələ keçirmək istəyərkən saymaqla bitməyən qanunsuz hərəkətlərini özü də bilmədən ictimai müzakirəyə çıxarıb. O, sələmçilik fəaliyyəti ilə məşğul olduğunu etiraf edib".
Vəkil mətbuat nümayəndələrini avqustun 18-də Səbayel Rayon Məhkəməsinə dəvət edib: "Jurnalistlər məhkəməyə gəlib hakim Zaur Əliyevin sədrliyi ilə keçiriləcək deputat Rüfət Quliyevin şəxsən özünün iddiaçı kimi çıxış etdiyi faiz davasının məhkəmə çəkişməsini müşahidə etsinlər. Görsünlər ki, deputat seçicilərinin problemi ilə məşğul olmaq əvəzinə 40 illik dostunun dul həyat yoldaşına qarşı hansı qanunsuzluqları edir”.(musavat.com)
"Kasıblar "kombi" işlətmir, qiymət artımı onlara təsir etməyəcək" - Millət vəkili
"Kommunal xərclərin qiymətlərinin artırılması ölkə əhalisinin böyük əksəriyyətinə təsir göstərməyəcək".
BAKU.WSbildirir ki, bunu aznews.az-a açıqlamasında Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev bildirib. Onun sözlərinə görə, bu artım Azərbaycanın inkişafına çox böyük töhfə verəcək:
"Dövlət büdcəsinə əlavə maliyyə gətirəcək. Neft şirkətinə, "Azəriqaz" və "Azərişıq" İstehsalat Birliyinin büdcəsinə pul gələcək. Vergilərdə artım müşahidə olunacaq. Nəticədə bunlar da büdcəyə əlavə pul köçürəcək".
R.Quliyev qeyd edib ki, istər rayonlarda, istərsə də Bakı sakinlərinin böyük əksəriyyətində "kombi" istilik sistemindən istifadə etmir: "Elektrik enerjisini də qənaətlə istifadə etmək lazımdır. Bu artımın imkansız və aztəminatlı ailələrə zərbəsi dəyməyəcək".
Sələm verən deputat: ''Xaricdə istirahətdəyəm, narahat etməyin''
Vətəndaş Səfərova Nuranə Mirzəli qızı deputat Rüfət Quliyevdən Milli Məclisin sədri Oqtay Əsədova şikayət edib. Bu barədə şikayətçinin vəkili Ceyhun Yusifov sosial şəbəkədə məlumat yayıb.
İki övladına tək baxdığını bildirən N.Səfərova iddia edib ki, deputat ondan əsassız pul və faizlər tələb edir:
"Deputat Rüfət Quliyev Səbail rayon Məhkəməsində mənə qarşı iddia qaldırıb. Mərhum həyat yoldaşımın dostu olan deputat məndən əmlaklarımı almağa çalışır. Belə ki, o əmlakımızı ələ keçirmək üçün hüquqi "əsas" yaradaraq tarixi olmayan primitiv formada saxta öhdəlik müqaviləsi hazırlatdıraraq məhkəməyə təqdim edib. Həmin öhdəliyə əsasən guya mərhum həyat yoldaşıma faizə pul verib. Deputat nə vaxtdan sahibkarlıq fəaliyyəti ilə məşğul olur? Faizə pul vermək lisenziyalı fəaliyyətdir. Məgər R.Quliyevin lisenziyası varmı?
Deputat R.Quliyev bu fəaliyyətinə görə vergi ödəmişdirmi?! Göründüyü kimi Rüfət Quliyevin qanunsuzluqları saymaqla bitmir. Deputat Səbail rayon Məhkəməsinin hakimi Zaur Əliyev ilə birləşərək mənim bütün əmlakımın üzərinə qanunsuz olaraq həbs qoydurub”.
N.Səfərova bildirir ki, bu iddianı qaldırarkən deputat Rüfət Quliyev sələmçilik fəaliyyəti ilə məşğul olduğunu etiraf edib: "Belə ki, iddia ərizəsinə öhdəlik müqaviləsi əlavə edib. Həmin müqavilədə Rüfət Quliyevin faizə pul verməsi təsdiq olunur. Özü də nə az, nə çox 8-10 faizə. Buna görə də uydurma 40 000 ABŞ dolları məbləğini faizlə şişirdərək 328 000 ABŞ dollarına çatdırıb. Halbuki deputatın elmi, pedaqoji və yaradıcılıq fəaliyyətdən başqa fəaliyyətlə məşğul olması qadağandır.Lakin deputat Quliyev Rüfət hətta 1999-cu ildən "European Tobacco-Baku" ASC-nin İdarə Heyətinin sədri kimidə işləyərək Konstitusiyamızın imperativ normalarını kobud şəkildə pozur”.
Deputatın vəkili Kamandar Nəsibov "Bizim Yol”-a bildirib ki, mübahisəyə məhkəmə hüquqi qiymət verəcək: "İş Səbail rayon Məhkəməsinin hakimi Zaur Əliyevin icraatındadır. Məhkəmə qərarı olmadan məsələni şərh etmək hüquqi baxımdan doğru hesab etmirəm. Ona görə də məhkəmənin qərarını gözləmək lazımdır”.
Məsələ ilə bağlı Bizimyol.info saytının əməkdaşı deputat Rüfət Quliyevlə əlaqə saxlayıb. O saytımıza açıqlamasında əvvəlcə özünü başqa adam kimi təqdim etsə də, sonradan Rüfət Quliyev olması ilə razılaşıb və belə danışıb. "Kim nə yazır özü bilər. Mənim xəbərim yoxdur. Mən xaricdəyəm, istirahət edirəm. Məni narahat etməyin. Bir də siz düz yığmamısız, mən o Rüfət Quliyev deyiləm”- deyə deputat bildirərək, telefonu söndürüb. /criminal.az
"Sələmçi deputat” barəsində daha bir məhkəmə qərarı-İFŞA
Son günlər "sələmçi deputat” ayaması ilə ictimailəşən Milli Məclisin üzvü Rüfət Quliyevin adı gündəmdən düşmür. Belə ki, "Deputatın statusu haqqında” qanunverciliyə zidd olaraq, biznes fəaliyyəti ilə məşğul olan Rüfət Quliyevinhəm də qanunsuz olaraq faizə pul verdiyi faktı ortaya çıxıb. Vətəndaşa yüksək fazilə pul verən Rüfət Quliyev deputat səlahiyyətlərindən istifadə edərək, vətəndaşın əmlakını ələ keçirməyə çalışır.
Bu gün isə Rüfət Quliyev barəsində daha bir sənəd yayılıb. Bu sənəddə də deputatın başqa bir şəxsə faizlə pul verməsi məhkəmə qərarında əks olunub.Gununsesi.infoŞirvan Apellyasiya Məhkəməsinin Rüfət Quliyevin cavabdeh Səlimov Malik oğluna qarşı "ödənilməmiş borcun və ona əsasən hesablanmış faizin ödənilməsinə dair” qərarını təqdim edir:








