RU
Ölən kaşalotun qarnından 100 kiloqram tullantı çıxdı – FOTO
10:10
278

Ölən kaşalotun qarnından 100 kiloqram tullantı çıxdı – FOTO

Şotlandiya sahillərində tapılan ölü kaşalotun qarnından 100 kiloqram müxtəlif məişət tullantısı çıxıb.

"Daily Mail” yazır ki, qasırğa 13 metrlik balinanı Harris adası yaxınlığında dayazlıqa tullayıb. Heyvan dayaz suda 2 saat can verib.

Hadisə yerinə gələn mütəxəssislər tədqiqat apararaq kaşalotun qarnını yarıblar. Oradan balıq torları, şlanqlar, plastik qab-qaşıq çıxıb, zibilin ümumi çəkisi isə 100 kiloqram olub.

Ehtimal olunur ki, bunlar okeana balıq gəmilərindən tökülüb.

Alimlərin fikrincə baş verən anoloji tapıntılar dünya okeanının təhlükədə olduğunu göstərir.       

 

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ