RU
Ölən qonşusu üçün məzar qazarkən öldü
17:50
401

Ölən qonşusu üçün məzar qazarkən öldü

Qəbir qazılan zaman 2 uşaq atası 32 yaşlı Engin Yurtseven də dostlarına yardım etmək istəyib

Türkiyənin İstanbul şəhərində qonşusu üçün qəbir qazmaq istəyən şəxs infarkt keçirərək dünyasını dəyişib.

İki qonşu qılınan cənazə namazının ardından torpağa tapşırılıb.

7News.Az aznews.az-a istinadən xəbər verir ki, 65 yaşlı Muharrem Aktaş bir müddətdir İstanbulda müalicə alırdı. Bir neçə gün öncə əməliyyata alınan Aktaş həkim mücadilələrinə baxmayaraq vəfat edib.

Aktaşın acı xəbərini alan Zonguldakdakı qonşuları dəfn mərasiminə gəlib. Qəbir qazılan zaman 2 uşaq atası 32 yaşlı Engin Yurtseven də dostlarına yardım etmək istəyib.

Məzarın qazılmasından bir müddət sonra o, gözlənilmədən yerə yıxılıb. Ətrafdakıların xəbər verməsindən sonra qəbirsanlığa təcili yardım çağırılıb.

Ancaq Engin Yurtseven xəstəxanaya gedən yolda həyatını itirib.

İkinci acını yaşayan kəndlilər isə cənazəsi İstanbuldan gətirilən Muharrem Aktaşın tabutunun yanına qonşusu Engin Yurtsevenin də tabutunu qoyub.

Qılınan namazdan sonra hər iki qonşu torpağa tapşırılıb.
 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ