Bu gün Azərbaycanlı mərhum avtoritet Rövşən Canıyevə (Lənkəranski) aid olduğu bildirilən şadlıq sarayının bağlanması ilə bağlı məlumatlar yayılıb. Yayılan məlumatda "Neon Palace" şadlıq sarayının Canıyevin qətlindən sonra fəaliyyətini dayandırdığı bildirilib.
Məsələ ilə bağlı restoranın rəhbərliyi ilə əlaqə saxlanılıb. Şadlıq sarayının Emin adlı administiratoru açıqlamasında məlumatın yalan olduğunu bildirib.
"Yayılan məlumat yalandır. Restoran fəaliyyət göstərir. Bizim növbəti aylarda nə qədər toylarımız yazılıdı və bu proses davam edir. Necə ola bilər ki, restoran bağlansın? Bu, bəzi şəxslərin, gözü götürməyənlərin uydurmasıdır"./bizimyol.info
7News.az








