Onu 10 il cəza gözləyir.
Rusiya DİN-nin Baş Cinayət axtarış idarəsinin əməkdaşları tərəfindən gürcü “qanuni oğru” Serqo Tsotsxalaşvili (Zura Kaxetinets) saxlanılıb.
Şəxsi axtarış zamanı onun üzərində 4,5 qr “amfetamin” aşkarlanıb.
Böyük miqdarda narkotik vasitə gəzdirdiyinə görə, “qanuni oğru”nu 10 ilə qədər həbs gözləyir.
Qeyd edək ki, bundan öncə həbs olunmayan Zura 2014-cü ilin yazında “taclandırılıb”. Onun “taclanma” mərasimi Türkiyədə baş tutub.
Mərasimdə Türkiyədə uzun müddət məskunlaşan Rövşən Lənkaranski, Merab Baxiya, Teymuraz Çuradze və başqaları iştirak edib. Daimi yaşayış yeri üzrə Zuranı Piter “qanuni oğru”larının korifeylərindən olan Saçino Qeqerkori müsbət xarakterizə edib. /aznews
7News.Az








