RU
Lənkəran sakini külli miqdarda narkotik vasitə ilə tutulub
22:49
564

Lənkəran sakini külli miqdarda narkotik vasitə ilə tutulub

Lənkəran sakinindən külli miqdarda narkotik vasitə tutulub.

Lənkəran Şəhər-Rayon Polis Şöbəsindən (ŞRPŞ) verilən məlumata görə, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran şəhər sakini,1971-ci il təvəllüdlü Fərhad Zöhrab oğlun Tağıyevdən 2 kiloqram çəkidə narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.

İstintaqa verdiyi ifadəsində F.Tağıyev narkotik vasitəni tanımadığı şəxsdən əldə etdiyini bildirib.

Faktla bağlı Lənkəran ŞRPŞ-də cinayət işi açılıb, araşdırma aparılır./olke.az

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ