RU
Lənkəran sakinlərindən qanunsuz saxlanılan odlu silahlar aşkarlanıb
13:00
123

Lənkəran sakinlərindən qanunsuz saxlanılan odlu silahlar aşkarlanıb

Lənkəran sakinlərindən qanunsuz saxlanılan odlu silahlar aşkarlanıb.

Bu barədə 7News.Az-a DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Bildirilib ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşlarının qanunsuz saxlanılan silah-sursatla bağlı son iki gün ərzində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ayrı-ayrı rayon sakinlərindən qanunsuz olaraq saxladıqları müxtəlif markalı ümumilikdə 12 ədəd ov tüfəngi aşkarlanaraq götürülüb və aidiyyəti üzrə təhvil verilib.

Faktlar üzrə Lənkəran ŞRPŞ-də müvafiq araşdırmalar aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ