RU
Lənkəran və Ağstafada qanunsuz qum, əhəng daşıyanlar cərimələnib
10:10
53

Lənkəran və Ağstafada qanunsuz qum, əhəng daşıyanlar cərimələnib

Lənkəran rayonunun Liman şəhərində qanunsuz qum, Ağstafa rayonunun Tatlı kəndində isə "Kamaz” markalı 60-BZ-789 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə əhəng daşınması faktları aşkarlanıb.

Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, faktlarla bağlı təqsirkar şəxslər Ramil Seyfullayev və Kənan Mustafayev barəsində akt, protokol tərtib edilib və qanunamüvafiq tədbirlər görülüb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ