Lənkəranda ağır yol qəzası baş verib.
7News.Az ARB TV -yə istinadən xəbər verir ki, Füzuli küçəsində marşrut avtobusu qarşı tərəfdən gələn sərnişin mikroavtobusu ilə toqquşub.
Güclü zərbə nəticəsində mikroavtobusun 4 sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Xəsarət alanlardan birinin vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.








