RU
Lənkəranda 87 kiloqrama yaxın vaxtı keçmiş ərzaq aşkarlanıb
12:20
48

Lənkəranda 87 kiloqrama yaxın vaxtı keçmiş ərzaq aşkarlanıb

Lənkəran rayonu, Şiləvar kəndində "Hər Gün" marketində istifadə müddəti bitmiş müxtəlif əmtəə nişanlı, ümumi çəkisi 86.84 kiloqram olan qida məhsulu aşkarlanıb.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, həmçinin ümumi həcmi 9.5 litr alkoqolsuz içki müəyyən edilərək satışdan kənarlaşdırılıb.

Faktla bağlı qanunvericiliyə uyğun tədbirlər görülərək sahibkar barəsində inzibati protokol tərtib edilib.
 
 Lənkəranda 87 kiloqrama yaxın vaxtı keçmiş ərzaq aşkarlanıb

Lənkəranda 87 kiloqrama yaxın vaxtı keçmiş ərzaq aşkarlanıb
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ