RU
Lənkəranda ağır qəza
12:18
1237

Lənkəranda ağır qəza

Lənkəran rayonu, Liman şəhəri ərazisində 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Liman-Nərimanabad yolu istiqamətində hərəkətdə olan "VAZ 21011" markalı "10-CZ-463" dövlət qeydiyyat nişanlı minik avtomobil qarşı tərəfdən gələn və hazırda istintaqa məlum olmayan nəqliyyat vasitəsi tərəfindən vurulub.

Hadisə nəticəsində sürücü, 1996-cı il təvəllüdlü Cəlilabad rayon sakin Hüseynov Yavər şahin oğlu orta-ağır, sərnişinlər - Biləsuvar rayon sakinləri - Mirzəyev Mirxan Namiq oğlu ağır, 1993-cü il təvəllüdlü Abdulov Orxan Elşad oğlu orta-ağır, 1992-ci il təvəllüdlü Məmmədov Nurlan Əlihüseyn oğlu orta-ağır yaralanıb. Daha bir nəfərə ambulator yardım göstərilib./report

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ