RU
Lənkəranda ağır qəza: Ölən və yaralanan var
12:00
479

Lənkəranda ağır qəza: Ölən və yaralanan var

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

7news.Az xəbər verir ki, hadisə bu gün saat 8.40 radələrində Ələt-Astara magistralının rayonun Aşağı Nüvədi qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

RAF markalı mikroavtobusla "Mercedes” markalı minik avtomobili toqquşub. Güclü zərbədən "Mercedes”in sərnişini, Astara rayonunun Kijəbə qəsəbə sakini Rövşən Əliyev aldığı xəsarətlərdən hadisə yerində ölüb. Minik avtomobilinin sürücüsü isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə təcili yardım maşını ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırmalara başlanıb./Apa

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ