RU
Lənkəranda ağır qəza: ölü sayı 4-ə çatdı
10:33
2683

Lənkəranda ağır qəza: ölü sayı 4-ə çatdı

25 yaşlı gənc bu gün səhər saatlarında xəstəxanada ölüb

Lənkəranda ötən gecə minik avtomobilinin vurduğu daha bir piyada, şəhər sakini, 25 yaşlı Səbuhi Əliyev bu gün səhər saatlarında xəstəxanada ölüb. Martın 23-də saat 21:30 radələrində Lənkəran-Boradigah şosesinin, şəhərin elektrik şəbəkəsi ərazisindən keçən hissəsində 3 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Lənkəranda 3 nəfərin ölməsi, 2 nəfərin yaralanması ilə nəticələnən dəhşətli yol-nəqliyyat qəzası baş verib.

Hadisə saat 21:30 radələrində Lənkəran-Boradigah şosesinin, şəhərin elektrik şəbəkəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Astara rayon sakini, 1996-cı il təvəllüdlü Xansu Əlizadə idarə etdiyi “VAZ-21099” markalı, 10 EG 472 dövlət nömrə nişanlı minik avtomobili ilə yoldan keçən 4 piyadanı vurub. Daha sonra avtomobil ağaca çırpılıb. Qəza zamanı piyadalardan, Lənkəran şəhər sakinləri, 1995-ci il təvəllüdlü Əli Cəbrayılov, 1979-cu il təvəllüdlü İmran İsmayılov, 1988-ci il təvəllüdlü Elvin Hüseynov aldıqları çoxsaylı bədən xəsarətləri nəticəsində ölüblər.

“VAZ-21099”-un sərnişini, Astara rayon salini, 1987-ci il təvəllüdlü Kənan Həsənov və daha bir piyada, Lənkəran şəhər sakini, 1991-ci il təvəllüdlü Səbuhi Əliyev isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasında yerləşdiriliblər. Ölən şəxslərin meyitləri Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə gətirilib.

Hadisəni törətmiş sürücü və onun yanındakı sərnişinləri olan iki həmyerlisi – 1997-ci il təvəllüdlü Nasir Sultanov və Murad Hüseynov isə hadisə yerini tərk edərək istintaqdan yayınıblar. Hazırda rayonun hüquq-mühafizə orqanları tərəfindən onların saxlanması istiqamətində zəruri tədbirlər görülür.apa

7News.Az



 

Faktla bağlı araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ