Lənkəran şəhəri, Şəhidlər Xiyabanı küçəsində 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
7news.Az Report-a istinadən xəbər verir ki, qəza "10-TV-358" dövlət qeydiyyat nişanlı BMW markalı maşın ilə "07-BF-192" dövlət qeydiyyat nişanlı "Volkswagen Passat"ın toqquşması nəticəsində baş verib.
Hadisə yerinə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyinin xilasediciləri deformasiyaya uğramış maşınlardan yaralıları çıxarmağa çalışırlar.
7news.Az








