RU
Lənkəranda altı gün əvvəl ahıl ər-arvadı öldürməkdə şübhəli bilinən şəxs tutulub
11:47
393

Lənkəranda altı gün əvvəl ahıl ər-arvadı öldürməkdə şübhəli bilinən şəxs tutulub

Lənkəranda ötən həftə ahıl ər-arvadı öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Lənkəran sakini Fəqan Mikayılovun dünən gecə tutulduğu bildirilir.

Qeyd edək ki, noyabrın 22-də Lənkəran şəhərinin Şəhidlər xiyabanı 10 ünvanında yaşayan 1939-cu il təvəllüdlü Aydın Mirzəli oğlu Allahverdiyev  və onun həyat yoldaşı 1941-ci il təvəllüdlü Azadə Rəcəb qızı Allahverdiyevanın meyiti tapılıb.

Hər iki şəxsin bədənində və baş nahiyələrində xəsarətlər aşkarlanıb.

Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinin yekun rəyində onların öldürüldüyü qeyd olunub./apa

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ