Ölən var.
Lənkəran rayonunun Girdəni kənd sakini Müşfiq Abdullayevi avtomat silahdan açdığı atəşlə qətlə yetirmiş Zahir Əsgərov tutulub.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, oktyabrın 20-də Lənkəran rayonunun Girdəni kəndində kənd sakini Zahir Əsgərov münaqişə zəminində avtomat silahdan açdığı atəşlə həmkəndlisi Müşfiq Abdullayevə xəsarət yetirib və M.Abdullayev hadisə yerində ölüb.
Verilən məlumata əsasən, Lənkəran ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Z.Əsgərov tutulub, hadisəni törədərkən istifadə etdiyi “AK-74” markalı silah götürülüb./oxu
7news.az








