RU
Lənkəranda azyaşlılara tütün məmulatları satan şəxslər cərimələnib
16:20
564

Lənkəranda azyaşlılara tütün məmulatları satan şəxslər cərimələnib

Lənkəranda azyaşlılara tütün məmulatları satan şəxslər cərimələnib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan 7News.Az verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bu istiqamətdə keçirilən müvafiq tədbirlər nəticəsində rayon ərazisində 3 mağazada satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satmaları aşkar edilib.

Polis əməkdaşları tərəfindən həmin iaşə obyektlərinin satıcıları barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokollar tərtib olunub və hər biri cərimə olunublar. ​

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ