RU
Lənkəranda cinayətkar dəstə 200 min manatlıq oğurluq edib
10:29
432

Lənkəranda cinayətkar dəstə 200 min manatlıq oğurluq edib

Faktlar üzrə istintaq davam etdirilir.

Lənkəranda oğurluqla məşğul olan dəstə üzvləri tutulub.

Saxlanılan altı nəfərlik dəstə üzvlərindən biri həddi - buluğa çatmayan olmaqla hamısı Sütəmurdov kənd sakinləridir. 

Silsilə oğurluqlarda təqsirli bilinən şəxslərin ötən ilin dekabrından bu ilin 13 yanvar tarixlərinədək dövrdə ümumilikdə 200 min manatdan çox dəyərində qızıl-zinət əşyaları, qiymətli daş-qaşlar, nağd pul, silah və seyf, həmçinin digər əşyalar oğurladıqları bildirilir.

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin İstintaq bölməsinin müstəntiqi, polis kapitanı, Toğrul Hüseynovun bildirdiyinə görə :

"Keçirilən əməliyyat-axtarış tədbirləri zamanı müəyyən edilib ki, 2015-ci ilin dekabr ayının əvvəllərində Şükürov Möhübbət Şirəli oğluna məxsus Lənkəran rayonu, Sütəmurdov kəndindəki fərdi yaşayış evindən edilən oğurluğu ev sahibinin qohumu və həmkəndlisi 1995-ci il təvəllüdlü Şükürzadə Əli Tərlan oğlu və 1994-cü il təvəllüdlü Cəfərov Qədir Zahir oğlu ilə birlikdə törədiblər. Mənzildən 5 min manat pul, 30 min manat qiymətində qızıl-zinət əşyalarını seyflə birlikdə mənimsəyiblər.

Bundan bir neçə gün sonra Şükürzadə Əli Tərlan oğlu təkrarən eyni mənzilə qanunsuz yolla daxil olaraq 2 min 500 manat dəyərində brovnik markalı yivsiz vinçester tüfəng də daxil olmaqla, ümumilikdə 5 min 500 manatlıq dəyərində qiymətli əşyaları qarət edib.

Dekabrın 26-na keçən gecə Şükürzadə Əli Tərlan oğlu həmkəndlisi, yetkinlik yaşına çatmayan 1998-ci il təvəllüdlü Kərimli Ruslan Söhbət oğlu ilə qabaqcadan əlbir olaraq Lənkəran rayon Poçt Filialına məxsus, Sütəmurdov kəndindəki poçt şöbəsindən 67 min manata yaxın pul və danışıq kartları olan seyfi gizli yolla talamaqla oğurlayıblar.

Dekabrın 31-də günorta saatlarında Şükürzadə Əli Tərlan oğlu həmkəndlisi 1991-ci il təvəllüdlü Rəhimov Kamran Əliqulu oğlu ilə birlikdə, qohumu Şükürov İlham Şirəli oğluna məxsus mənzilə pəncərədən daxil olaraq 400 manat dəyərində televizoru oğurlayıb.

Yanvarın 2-də dəstə üzvlərindən Kamran və Ruslan dəstə üzvlərindən olan Əlinin əmisi Şükürov Əfqan Əhməd oğlunun evindən 300 manat dəyərində olan televizoru oğurlayıblar. Bir gün sonra Əli dırnaqarası dostları Kamran və Ruslanla birlikdə babası Şükürov Əhməd Məmməd oğlunun işlədiyi "Ş-Mari"MMC pivə zavodunun mühasib otağındakı dəmir seyfi açaraq oradan babasına məxsus 8 min manat pulu götürməklə ona maddi ziyan vurublar.

Növbəti cinayət əməlini törədən Şükürzadə Əli Tərlan oğlu yanvarın 13-də Ruslanla birlikdə Lənkəran rayonunun Göyşaban kəndində yerləşən Abdullayev İlqar Fikrət oğluna məxsus fərdi yaşayış evindən ümumi qiyməti 80 min manat olan qızıl zinət əşyalarını və nağd pulu oğurlamaqla ev sahibinə külli miqdarda ziyan vurublar".

İstintaqın gedişində daha iki nəfər Sütəmurdov kənd sakinləri Vüsal Quluzadə və Rövşən İbrahimov da təqsirli bilinərək saxlanılıb, istintaqa təhvil verilib.

Faktlar üzrə istintaq davam etdirilir. /report

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ