Lənkəranda dayı əqli cəhətdən xəstə olan bacısı oğlunu döyüb.
7news.Az xəbər verir ki, rayonun Kərgəlan kəndində Fərrux İsmayılov bacısı oğlu, əqli cəhətdən xəstə olan 51 yaşlı Müqəddəs İbadovu döyərək, təpiklə ona müxtəlif bədən xəsarətləri yetirib. Zərərçəkən baş, üz, burun, bədəninin digər yerlərindəki yaralarla Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib. Rayon Polis Şöbəsində araşdırmalara başlanıb./atv.az
7news.Az








