Lənkəranda yol qəzası baş verib.
7News.az xəbər verir ki, Atv.az-ın məlumatına görə, hadisə Şəhidlər Xiyabanı küçəsində qeydə alınıb. 10-TV-358 dövlət qeydiyyat nişanlı “BMW” markalı avtomobil 07-BF-192 dövlət qeydiyyat nişanlı “Walkswagen Passat” markalı maşınla toqquşub.
ATV-nin cənub bürosunun məlumatına görə, hadisə nəticəsində 4 nəfər xəsarət alıb. Fövqəladə Hallar Nazirliyinin xilasediciləri yaralıları deformasiyaya uğrayan avtomobillərdən çıxarıb.
Faktla bağlı araşdırma aparılır.













